İsveçrənin Cenevrə şəhərində fevralın 25-də davam etdirilməsi planlaşdırılan Suriya sülh danışıqları təxirə salınıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura açıqlama verib.
Onun sözlərinə görə, görüş texniki səbəblərdən təxirə salınıb: "Cenevrədəki Suriya danışıqlarının fevralın 25-də başlayacağını söyləmək düzgün olmaz. Ən az 10 gün hazırlıq işlərinə ehtiyac var. Suriyada atəşkəs əldə olunarsa və humanitar vəziyyət düzələrsə, danışıqlar müvəffəqiyyətlə bitə bilər".
Bu arada, yayılan məlumatlarda bildirilib ki, fevralın 25-də De Mistura, Suriyaya Beynəlxalq Dəstək Qrupu və Norveç Qaçqınlar Şurasının Baş Katibi Jan Egelandın sədrliyi ilə Cenevrədə xüsusi görüş keçiriləcək.
Samir