11 İyun 2014 23:29
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havası güclü şəkildə çirklənmiş ərazilərdə böyüyən uşaqlarda şizofreniya və autizm yarana bilər.

Bu nəticəyə ABŞ-ın Roçester Universitetinin alimləri gəliblər. Professor Debora Kori-Slehtanın rəhbərlik etdiyi alimlər qrupu yeni doğulmuş siçanların beyninə ətraf mühitin təsirini öyrəniblər.

Alimlər müəyyən ediblər ki, beynin insanlarda autizm və şizofreniya ilə əlaqəli olan hissələri təcrübə siçanlarında ciddi dəyişikliyə uğrayıb. Təcrübə nəticəsində bəlli olub ki, çirkli hava ilə nəfəs alan siçanlarda qlütamatın səviyyəsi kəskin yüksəlir. Bu isə autizm və şizofreniyadan zərər çəkən insanlar üçün səciyyəvidir./anspress/


Müəllif: