12 İyun 2014 00:08
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın satdığı təbii qazın qiymətinin 100 dollar ucuzlaşdırması təklifini qəbul etməyən rəsmi Kiyevin bu addımı Putini bərk qəzəbləndirib.

Rusiya prezidenti məsələ ilə bağlı əməli addımların atılacağını bildirib: “Ukrayna təklifimizi qəbul etməsə, əlaqələr başqa səviyyəyə keçəcək. Biz bunu istəmirik. Məqsədimiz Ukrayna xalqına kömək etməkdir. Ukrayna nəyə əsasən ucuz qaz istəyir, bu bizə məlum deyil”.

Xatırladaq ki, rəsmi Moskva Ukraynanın borcunu ödəməməsi səbəbi ilə endirimli müqaviləni ləğv etdiyini və ixrac etdiyi qazı Avropa qiymətləri ilə satacağını bildirmişdi./axar/


Müəllif: