25 Fevral 2016 22:52
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Türkiyə qanadları YPG və PYD Suriya atəşkəsi qəbul ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl Ərəbiyə" telekanalı məlumat yayıb. Kürdlər Rusiya və ABŞ arasında əldə olunan razılaşmaya sadiq qaldıqlarını bəyan ediblər.

Bununla belə kürdlər Suriyada zəbt etdikləri ərazilərə nəzarəti davam etdirirlər və onlar tutduqları bölgələrdən geri şəkilmək niyyətində deyillər.

Qeyd edək ki, razılaşmaya görə, İŞİD və Nusra Cəbhəsindən başqa bütün qüvvələr Suriyada atəşkəslə bağlı razılığa qoşula bilər.

Ayxan


Müəllif:

Oxşar xəbərlər