Əfqanıstandan olan 5 yaşlı oğlan fanatı olduğu Argentinalı futbolçuolduğu Lionel Messidən hədiyyə alıb.
Əfqanıstanın Qəzni əyalətindən olan Murtuza Akhmadi internetdə Messidən aldığı yeni futbol formasını nümayiş etdirir.
5 dəfə qızıl top müəllifi və dünyada ən sevimli futbolçulardan olan Messi pərəstişkarından internet vasitəsi ilə xəbər tutur.
Murtuza evlərinin həyətində kürəyində Messi yazılmış kustar köynəkdə top qovur.
Çünki əsil formanı almaq üçün valideyinlərinin pulu yoxdur.
Messi bundan xəbər tutanda balaca fanatı ilə görüşmək qərarına gəlir, fevralın 25-də isə ona forma və top göndərir.
Həmçinin Əfqanıstanın gənclərdən ibarət yığması Murtuzaya hədiyyə edir və o Kabul stadioununda futbolçularla oyuna çıxır.