BMT Təhlükəsizlik Şurası cümə günü Suriyada hərbi əməliyyatların dayandırılmasının dəstəklənməsi ilə bağlı qətnamə qəbul edib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Suriyada atəşkəs rejimi bu gün Bakı vaxtı ilə 02.00-dan etibarən tətbiq ediləcək.
Rusiya və ABŞ tərəfindən hazırlanan qətnamə BMT Təhlükəsizlik Şurasının üzvü olan bütün 15 ölkə tərəfindən dəstəklənib.
2268 saylə qətnamədə bildiriir ki, Suriya hakimiyyəti və müxalifəti Rusiya və ABŞ-a atəşkəsə razı olduqları barədə məlumat veriblər. Bununla əlaqədar olaraq, BMT Təhlükəsizlik Şurası hər iki tərəfdən fevralın 27-ci gecə saatlarından etibarən atəşi dayandırmağı tələb edir.
BMT Təhlükəsizlik Şurası Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edib. Eyni zamanda Suriya münaqişəsinin BMT-nin vasitəçiliyi, Cenevrə kommnükesi və Vena bəyanatları əsasında həllinə dəstək ifadə olunub. Bununla əlaqədar BMT başkatibi Pan Gi Mun və onun xüsusi nümayəndəsi Steffan de Misturadan xahiş edilib ki, onlar tezliklə Suriya hakimiyyəti və müxalifəti arasında danışıqları yeniləsinlər.
Qətnamədə bütün ölkələr, xüsusən Suriyaya Dəstək Beynəlxalq Qrupunda iştirak edən dövlətlər, öz təsirindən istifadə edərək atəşkəsin üzunmüddətli və dayanıqlı olmasını təmin etməyə çağırılır.
Nihad