27 Fevral 2016 21:44
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Kunar vilayətinin Əsədabad şəhərində terror aktı baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə vilayət qubernatorunun evi qarşısında baş verib. Məlumatlara görə, intihar hücumu zamanı 11 dinc sakin həyatını itirib, 50 nəfər yaralanıb.

Bu arada Əfqanıstan ordusu ölkənin Hilmend vilayətində "Taliban" terrorçularının əsirliyində olan 35 nəfəri azad edib. Onlardan 25-i uşaq, 5-i isə qadın olub.

Elvin


Müəllif:

Oxşar xəbərlər