Krallığın hərbi xərcləri 80 milyard dollar təşkil edir
Səudiyyə Ərəbistanı Krallığı hər il hərbi xərclər üçün 80,6 milyard dollar pul ayırır.
Məşhur British Aerospace Engineering (BAE Sytems) illik hesabatını açıqlayıb və məlum olub ki, şirkət 2015-ci ildə Səudiyyə Hərbi Hava Qüvvələrinə 1,14 milyard dollar dəyərində Eurofighter Typhoon döyüş qırıcıları satıb. Qırıcıların sayı açıqlanmasa da, krallığın bu ildə yeni sifarişlər verəcəyi dəqiqdir.
Səudiyyə Ərəbistanı ancaq Britaniya istehsalı olan qırıcılar almaqla kifayətlənmir. Krallıq Yaxın Şərqdə orduya ən çox pul ayıran ölkələrdəndir. Səudiyyə öz büdcəsinin 25%-ni hərbi xərclərə sərf edir. Bu göstərici səhiyyə və sosial inkişaf üçün ayırlan məbləğdən iki dəfə çoxdur.
Son vaxtlar Səudiyyə Ərəbistanı səylə öz hərbi qüdrətini nümayiş etdirməyə çalışır. Yəməndə müharibə aparır, Türkiyə ilə birlikdə Suriya prezidenti Bəşər Əsədə qarşı güclərini birləşdirir.
Teleqraf.com Səudiyyə Ərəbistanı Krallığı hərbi xərcləri barədə bəzi məlumatları təqdim edir:
Ölkənin Hərbi Hava Qüvvələrinin tabeliyində 300 qırıcı var. Onların əsasını isə Eurofighter Typhoon qırıcıları təşkil edir. Typhoon dünyada ən müasir qırıcılardan biridir və Avropa Birliyi ölkələri üçün hazırlanıb.
Bundan başqa Səudiyyə Ərəbistanının hava donanmasına ABŞ istehsalı olan F-15 qırıcıları da daxildir. Bir müddət əvvəl ölkə daha 80 ədəd F-15 qırıcı sifariş edib.
Səudiyyə tezliklə 22 ədəd yeni Hawk Advanced Jet Trainer təlim qırıcısına da sahib olacaq.
100 min nəfərədən ibarət olan Səudiyyə Ərəbistanı milli qvardiyası isə ilk növbədə daxili təhdidlərin aradan qaldırılmasıyla məşğuldur. Lakin ehtiyac olduqda ekspedisiya qüvvələri kimi döyüşlərdə iştirak edə bilər.
Səudiyyə Ərəbistanın canlı hərbi qüvvəsi 440 minə çatır.
Ordununixtiyarında ABŞ istehsalı olan 442 ədəd M1A2 Abrams tankı var.
Səudiyyə Ərəbistanının təxminən 80 ədəd AH64D Apache helikopteri var. Boeing şirkəti tərəfindən hazırlanan helikopter ən qabaqcıl çoxməqsədli hərbi vertolyot kimi xarakterizə olunur. Helikopter eyni zamanda 128 hədəfi müəyyən edə bilir.
Ölkənin Hərbi Dəniz Qüvvələrinin canlı qüvvəsinin sayı 40 minə çatır.
Hazırda Hərbi Dəniz Qüvvələrində moderləşdirmə prosesləri gedir. Bunun üçün ABŞ-ın Lockheed Martin şirkəti ilə 11,25 milyard dollar dəyərində 4 hərbi gəminin alınması üçün müqavilə bağlanıb.
Moderləşdirməyə sahil mühafizəsu üçün yeni patrul gəmilərinin alınması da daxildir.
Krallıq Çin istehsalı olan DF-3 Dongfeng və DF-21 uzaq məsafəli strateji raketlərini də alıb.
Ölkə ABŞ istehsalı olan 750 ədəd artilleriya toplarına sahibdir. Onlardan 50 ədədi M270 zirehli raket sistemidir. Bu raketlərlə 300 km radiusa olan hədəfləri vurmaq olar.
Ramal