27 Fevral 2016 18:13
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalinin paytaxtı Moqadişuda prezident sarayı yaxınlığında yerləşən otelə bombalı və silahlı hücum olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 14 nəfər ölüb, 25 nəfər isə yaralanıb.

Paytaxtın Mədinə Xəstəxanasının həkimi Məhəmməd Şeyx verdiyi açıqlamada yaralıların vəziyyətinin ağır olduğunu bildirib.


Hücumdan 30 dəqiqə sonra otel yaxınlığında meydana gələn ikinci partlamadan sonra ölü sayının artırdığını deyən təhlükəsizlik qüvvələri 4 terroçunun da öldürüldüyünü bildiriblər.


Müəllif:

Oxşar xəbərlər