27 Fevral 2016 22:11
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri və ABŞ-ın dövlət katibi Con Kerri telefonda Suriya böhranından çıxış yollarını müzakirə ediblər.

Teleqraf.com-un xəbərinə görə, danışıq zamanı tərəflər Suriyada qüvvəyə minən atəşkəs rejimi mövzusunu müzakirə ediblər. Bu barədə Rusiya XİN-in mətbuat xidmətinin xəbərində deyilir.

Cenevrədə Suriya problemi üzrə danışıqların bərpası məsələsi də danışıqlar predmeti olub.
Bundan əlavə, Lavrov və Kerri BMT Təhlükəsizlik Şurasına təqdim olunacaq Şimali Koreya ilə bağlı qətnamə layihəsi mövzusuna da toxunublar.


Müəllif:

Oxşar xəbərlər