28 Fevral 2016 02:27
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu Xama əyalətində İŞİD silahlılarının hücumunu dəf edərək, 35 terrorçunu məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə SANA məlumat yayıb.

Məlumata görə, silahlılar ordunun Salamiyə şəhərindəki mövqelərinə hücum etməyə cəhd ediblər. Lakin hərbçilər hücumun qarşısını alaraq, 35 silahlı, üzərində iriçaplı pulemyot quraşdırılmış 4 “pikap” tipli minik avtomobili, buldozer, artilleriya silahları və minaatanları məhv edib.

Qeyd edək ki, İŞİD, “Cəbhət ən Nüsrə” və digər terror qruplaşmaları fevralın 27-dən qüvvəyə minən müvəqqəti atəşkəs rejimini dəstəkləməkdən imtina edib.


Müəllif:

Oxşar xəbərlər