28 Fevral 2016 10:19
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və "altılıq" ölkələri arasında əldə olunmuş saziş nüvə silahının yayılmaması və regional təhlükəsizlik baxımından vacibdir.

Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycana səfəri ərəfəsində Trend-ə müsahibəsində bildirib.

Aİ-İran münasibətlərinə də toxunan xanım F.Moqerini deyib ki, İranla sövdələşmə öz-özlüyündə nüvə silahının yayılmaması və regional təhlükəsizlik baxımından vacibdir, ancaq bu, həm də potensial başlanğıc nöqtəsi kimi nəzərdən keçirilə bilər: "Həqiqətən də bu yeddi ayda regional dinamikanın fərqli mərhələsinə qədəm qoymuşuq. Suriyadakı münaqişənin danışıqlar yolu ilə həlli üçün sonda beynəlxalq səviyyədə bütün müvafiq iştirakçıların bir masa ətrafında toplaşmasına nail olduq. Müharibəyə son qoymağın nə qədər vacib məsələ olduğunu izah etməyə ehtiyac yoxdur – bunun regionun sabitliyini nə qədər pozduğu və Yaxın Şərqdə uzun müddət davam edən məzhəb qarşıdurmasının radikallaşdırma potensialı hamımıza məlumdur. Ancaq biz Aİ-nin İranla ikitərəfli münasibətlərini yenidən başladıq. Həm regional, həm də ikitərəfli məsələri müzakirə etmək üçün bir neçə gün əvvəl Brüsseldə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qəbulumda olub. Avropa Komissiyasının bir sıra digər üzvləri ilə tezliklə Tehrana səfər etməyi planlaşdırıram".

Onun sözlərinə görə, hər iki tərəf siyasi dialoqu müntəzəm şəkildə saxlamağa və yaxın iqtisadi əlaqələri bərpa etməyə hazırdır: "Məsələn, ticarət, energetika, ətraf mühit, miqrasiya və qanunun aliliyi əməkdaşlığımızı dərinləşdirmək istədiyimiz məsələlər sırasındadır. Əminəm ki, yenilənmiş münasibətlərimizdən tək İranın və Avropa İttifaqının vətəndaşları faydalanmayacaq: müsbət yan təsirlər, əlbəttə ki, İranın qonşularından başlayaraq bütün regiona yayılacaq".


Müəllif:

Oxşar xəbərlər