28 Fevral 2016 12:39
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Vorkuta şəhərində “Severnaya” şaxtasında təkrar partlayış nəticəsində daha 6 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.

TASS-ın verdiyi məlumata əsasən, operativ qərargahdakı mənbə partlayışın yerin 748 metr dərinliyində meydana gəldiyini bildirib.

Fevralın 25-də “Severnaya” şaxtasında metan qazının partlaması nəticəsində uçqun və yanğın baş verib. Hadisənin ilk saatlarında mədəndəki 111 şaxtaçının 81-i xilas edilib, 4 nəfərin cəsədi tapılıb. Yer altında qalan 26 şaxtaçının taleyindən isə hələ bir xəbər yoxdur və onlarla bütün əlaqə kəsilib. Qəza anında şaxtaçılar yerin 780 metr dərinliyində olublar./Trend/


Müəllif: