İnternetdə onun vəzifədən getməməsi üçün aksiya keçirilir.
Sosial şəbəkələrdə Ramzan Kadırovun Çeçenistan rəhbəri vəzifəsindən getməməsi üçün aksiyaya start verilib. “Danışır Moskva” radio stansiyasına müsahibəsində “Çeçenistan Gənclər Birliyinin” sədri Rustam Tapayev bildirib ki, Respublika başçısını #Рамзаннеуходи (#Ramzangetmə) Hashtag ilə dəstək vermək qərarına gəliblər.
“Əgər Çeçenistan prezidenti mitinqlərin keçirilməsini istəmirsə, mitinq olmayacaq. Lakin biz internetdə xüsusi aksiya keçirik. Bu aksiya Respublika sakinlərinin, və ümümiyyətlə bütün Rusiya vətəndaşlarının Ramzan Kadırovu necə dəstəkləməsini göstərir”. /Oxu.Az/