Somalidə iki terror aktı nəticəsində ən azı 8 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu barədə yerli polis nümayəndəsi Bilou Nurr bildirib.
İki terrorçu Somalinin cənub-qərbindəki Baydabo şəhərindəki restoranın qarşısında partlayıcı quraşdırılmış avtomobilləri partladıb.
"Hadisə baş verən zaman ərazidə və restoranda xeyli adam olub. Terror aktının qurbanlarının sayı arta bilər", Röyter yerli polisə istinadən bildirib.
Terror aktına görəməsuliyyəti "Əş-Şəbab" qruplaşması özüzərinə götürüb.
Nihad