Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Anayasa Məhkəməsinin qərarına hörmət bəsləmirəm" sözləri CHP üzvlərinin ciddi narazılığına səbəb olub.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Ərdoğan həbsdə olan qəzetçilərdən Can Dündar ve Erdem Gülün təxliyyə edilməsi ilə bağlı məhkəmə qərarına münasibət bildirərkən, "Anayasa Məhkəməsinin verdiyi qərarla razı deyiləm, saygı da duymuram" deyib.
Türkiyə Millət Məclisində büdcəmüzakirələri zamanı CHP-dən olan millət vəkilləri çıxışları zamanı Ərdoğana həqarət ediblər. Bu çıxışların ardından AKP və CHP-dən olan millət vəkilləri arasında yaranan mübahisə dava ilə nəticələnib.
Nihad