29 Fevral 2016 08:18
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon Liviyada İŞİD-ə məxsus olduğu güman edilən avtomobil karvanını bombalamayıb.

Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu barədə dünən Pentaqonun rəsmi nümayəndəsi Mişel Baldans bildirib.

ABŞ zaman-zaman Suriyada İŞİD-in mövqelərinə aviazərbələr endirir. Beni-Valid şəhərinin hakimiyyət nümayəndəsinin bildirdiyinə görə, dünən şəhərin kənarında iki partlayış baş verib. Partlayışlar İŞİD-in avtomobil karvanına zərbə endirilməsi nəticəsində baş verib. Avtomobillərin zərbə nəticəsində zədələnib-zədələnmədiyi məlum deyil.

"ABŞ Müdafiə Nazirliyinin qüvvələri lİviyada hər hansı bombardmana cəlb edilməyib", - Baldans deyib.

Xarici KİV-də yayılan bəzi məlumatlarda isə avtomobil karvanının Fransa qırıcıları tərəfindən vurulduğu bildirilir.

Nihad


Müəllif:

Oxşar xəbərlər