BMT humanitar təşkilatlarla birlikdə Suriyada mühasirədə olan şəhərlərdə yaşayan 154 min əhaliyə yardım göndərməyi planlaşdırır.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə BMT-nin Suriya üzrə humanitar koordinatoru Yaqub əl-Hilloya istinadən Röyter bildirib.
BMT bu gün həmin yardımı Muadamiyə, martın 2-də isə Zəbədani, Kefrayə, Fuaya, Madayaya, cümə günü isə Kafr-Batnuya çatdıracağına ümid edir.
BMT-nin məlumatına görə, hazırda Suriyanın mühasirədə olan bölgələrində 500 nəfər yaşayır. Daha 4,6 milyon suriyalı isə humanitar yardım çatdırılmasının çətin olduğu bölgələrdə yaşayır.
Nihad