29 Fevral 2016 13:08
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda dünən axşam saatlarında baş verən terror aktı nəticəsində ölü sayı 70-ə yüksəlib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 97 nəfər yaralanıb. Məlumatlara görə, partlayış şiələrin yaşadığı Mədinət-əs-Sədr məhəlləsində baş verib.

Qeyd edək ki, hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Samir


Müəllif: