12 İyun 2014 13:22
754

Şimali Koreya lideri Kim Çen In Rusiya rəhbərliyini və vətəndaşları ölkə günü münasibəti ilə təbrik edib.

Teleqraf.com Milli.Az-a istinadən xəbər verir ki, diktator Rusiya prezidentini xeyli tərifləyib.

"Prezidentin rəhbərliyi altında rus xalqı təhlükəsizlik və ölkənin stabilliyi, iqtisadiyyatın modernizasiyası, müdafiə qabiliyyətinin yüksəldilməsi işində böyük uğurlara nail olub", - Kim Çen Inın təbrik teleqramında qeyd olunub.

Kim Çen In hesab edir ki, iki xalq arasındakı dostluq və əməkdaşlıq münasibətləri hər iki xalqın maraqları əsasında inkişaf edir.

Qeyd edək ki, Rusiya Federasiyası 1990-cı il, iyun ayının 12-də SSRİ-nin tərkibindən ayrılaraq özünü müstəqil dövlət elan edib.


Müəllif: