İraqın Diyala əyalətində şiə yas mərasimində törədilən partlayışda azı 14 nəfər ölüb.
intiharçı fevralın 29-da özünü mərasimin keçirildiyi zalda partladıb.
Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
Fevralın 28-də Bağdadda törədilən iki partlayışda azı 73 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
Bu hücumlara görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.