12 İyun 2014 13:36
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ali lideri Ayətullah Əli Xamneyi on ikinci imam həzrət Məhdi (əc) doğum günü münasibətilə həbsdə olan 1052 nəfərin əfv olunması barədə fərman imzalayıb.

Bu barədə Trend İran televiziyasın rəsmi xəbər saytı "iribnews"-a istinadən məlumat verir.

Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani on ikinci imam həzrət Məhdi (əc) doğum günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 1052 məhbusun əfv edilməsi xahiş olunub. Ə.Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Hicri-qəməri təqvimi ilə şəban ayının 15-i (bu il iyun ayının 13-ü) on ikinci imam həzrət Məhdi (əc) doğum günüdir.


Müəllif: