Ukrayna heç vaxt indiki kimi xarici təsirin altında olmayıb.
Teleqraf.com-un xəbərinə görə, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov öz Facebook səhifəsində yazıb.
"Həm Poroşenko, həm də Yatsenyuk ABŞ-ın iradəsiz və sözəbaxan marionetidir. Amerikalılar Poroşenkoya deyiblər ki, Şokini vəzifədən azad et. O da dinməzcə bunu etdi. Ona deyiblər ki, qoy Yatsenyuk baş nazir vəzifəsində qalsın. Ancaq ukraynalıların 86%- Yatsenyukun istefasını tələb edir. Ona görə də Ali Rada adlanan qurumda bu cer komediya oynayırlar", - Azarov yazıb.
Daim Qərbin fikirlərini eşidən Ukrayna ABŞ-ın koloniyasına çevrilib. Hakimiyyət yalnız Beynəlxalq Valyuta Fondundan daxil olan maliyyə ilə bağlı müstəqil qərar verir. Poroşenko vəYatsenyukun rəhbərliyi altında Ukrayna Qərbin maliyyə yardımından asılı vəziyyətə düşüb" - Azarov əlavə edib.
Nihad