1 Mart 2016 14:18
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İraqın Mosul şəhərindəki su anbarı çökmə təhlükəsi ilə qarşı-qarşıyadır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ-ın İraqdakı səfirliyi məlumat yayıb:

"Dəclə çayı üzərində qurulan su anbarı 2014-cü ildə bir müddət İŞİD terrorçularının nəzarətində qalıb. Hazırda anbar qəza vəziyyətindədir. Əgər bənd çöksə, 1,5 milyon insan həlak ola bilər".

Səfirlik bildirib ki, hazırda anbarda olan su kütləsi Mosul və Samarra şəhərlərini yerlə bir etmək gücünə malikdir: "Su anbarı çöksə, Mosul şəhərində suyun dərinliyi 1 saat ərzində 12 metrə qədər yüksələ bilər. Sel bir gündə Tikrit şəhərinə, 3 gün ərzində Bağdada çatacaq. Bağdad hökuməti dərhal anbara verilən suyu dayandırmalıdır. Əks halda faciə qaçılmaz olacaq".

Samir


Müəllif:

Oxşar xəbərlər