Sakit Okeanının Filippin sahilində yaxta tapılıb.
Teleqraf.com xarici mətbuata istinadn xəbər verir ki, yaxtanın içərisində mumiyaya dönmüş şəxs aşkarlanıb. Artıq həmin mumiyanın tanınmış almaniyalı səyahətçi Manfred Fritç Bayorat olduğu müəyyənləşib. Bu barədə "Daily Mail" məlumat yayıb.
Filippin polisinin verdiyi məlumata görə, mərhumun üzərində zorakılıq əlamətləri aşkar olunmayıb. Onun ürək tutmasından öldüyü güman edilir. Ötən il itkin düşən Manfredin 59 yaşı olub. Bayorat rabitə vasitəsinin yanında olarkən dünyasını dəyişib. İsti, quru okean küləyi və duzlu hava cəsədin mumiyaya çevrilməsinə səbəb olub.
Mərhumun cəsədinin yanında dünyasını dəyişmiş xanımının məktubu və ailə fotosu olub.
Ramal