Hindistanın Bihar əyalətində hərbi məmur olmaq istəyənlər namizədlər imtahanı alt paltarında verməli olublar.
Teleqraf.com xəbər verir ki, rəsmilər bunula onların hazır cavablardan istifadə etməsinin qarşısını aldıqlarını bildiriblər. Açıq havada keçirilən imtahanda 1150 namizəd iştirak edib.
Hərbi rəhbərlik yeni yöntəmi dəstəkləyiblər.
Qeyd edək ki, ötən il Hindistanın Bihar əyalətində milyonlarla tələbənin girdiyi imtahanda cavabların kopyalanması aşkarlanmışdı. Təxminən 300 nəfər həbs edilmiş və mindən çox tələbə isə məktəbdən qovulmuşdu.
Ramal