2 Mart 2016 16:23
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon əlaqəsi saxlayıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiya XİN-in rəsmi saytında məlumat yerləşdirilib. Tərəflər Suriyada atəşkəs məsələsini müzakirə ediblər:

"Lavrov və Kerri atəşkəs rejimin möhkəmlənməsi üçün əməkdaşlığı artırmaqla bağlı razılığa gəliblər. Tərəflər Suriya hökumətinə və ölkədəki müxalif qruplaşmalara atəşkəsə riayət olunması üçün birgə çağırış ünvanlayıblar".

Bundan başqa, söhbət zamanı Cenevrədə Suriya hökuməti və müxaliflər arasında danışıqların bərpası üzrə BMT-nin səyləri dəstəklənib.

Samir


Müəllif:

Oxşar xəbərlər