Türkiyədə Diyarbəkir vilayətinin Sur kəndindən sıxışdırılan PKK-çılar qərargah kimi istifadə etdikləri binadan təhlükəsizlik qüvvələrinə atəş açıblar.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma baş verib.
Daha sonra təhlükəsizlik qüvvələri binanı top atəşinə tutub. Uçqunlar altında qalan 20 terrorçu həlak olub. 5 PKK-çı isə təslim olub.
Qeyd edək ki, Surda 90 gündür ki əməliyyatlar davam edir. Bu müddət ərzində 243 terrorçu öldürülüb, 245 patlayıcı qurğu zərərsizləşdirilib.
Nihad