4 Mart 2016 01:12
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 mart Beynəlxalq Qadınlar Günü Yer kürəsi növbəti dəfə asteroid təhlükəsi ilə üz-üzə qalacaq.

Teleqraf.com-un xəbərinə görə, həmin gün 2013 TX68 saylı asteroid planetimizin çox yaxınlığından keçəcək. Bu haqda NASA xəbər verib.

Öncə bu faktı amerikalı alimlər aşkarlayıb. Onlar astronomik ölçülərə əsasən, asteroidin Yer Kürəsinə çox yaxınlaşacağını təxmin edirdilər. Onların qənaətinə görə, asteroid Yerdən 23 min kilometr aralıdan keçəcək. Müqayisə üçün deyək ki, Aya qədər olan məsafə 384 min kilometrdir.

Qeyd edək ki, 2013 TX68 kiçik Apallon səma cismlərinə aiddir. Bu diametrinə görə “Çelyabinsk” cismindən iki dəfə böyükdür.

Mərkəzin bildirdiyinə görə, 2013TX68 Yer Kürəsi üçün potensial təhlükəli cismdir. Amma buna baxmayaraq, onun yaxın yüz ildə Yer üzərinə düşə biləcəyi ehtimal olunmur.

Nihad


Müəllif:

Oxşar xəbərlər