Beynəlxalq Valyuta Fondu (BFV) Çin yuanını rəsmi olaraq beynəlxalq ehtiyat valyutası kimi tanıyıb.
Publika.az “TASS”a istinadən bildirir ki, qurumun Direktorlar Şurası BVF-ə üzv ölkələrini valyuta ehtiyatlarının tərkibinə dair rüblük hesabatlara ABŞ dolları, avro, Yaponiya iyeni, Britaniya funt sterlinqi, İsveçrə frankı, Avstraliya dolları və Kanada dolları ilə birlikdə Çin yuanının ayrıca sətirlə əlavə edilməsini qərara alıb.
Qərar 2016-cı ilin oktyabrın 1-dən qüvvəyə minəcək. Eyni zamanda yuan ABŞ dolları, avro, iyen və funt sterlinqlə birgə BVF-in ehtiyat valyutaları səbətinə daxil edilir.