Türkiyə Ukraynaya təmənnasız olaraq 800 min dollar dəyərində uniforma və geyim verəcəyini açıqlayıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, yardıma hərbi forma, uçuş təchizatı, dəri yataq, zirehli geyim, ədyallar və digər avadanlıqlar daxildir.
Bununla yanaşı, məlumatda ötən aylarda Türkiyə hökumət başçısı Əhməd Davudoğlunun ardınca Ukrayna prezidenti Pyotr Poroşenkonun martın 9-10-da Türkiyəyə səfərinin gözlənildiyi də qeyd olunur.
Nihad