Slovakiyada martın 5-də növbəti parlament seçkiləri keçirilib.
„Exit-poll“un nəticələrinə əsasən, Baş nazir Robert Fitsonun rəhbərlik etdiyi hakim „Smer-SD“ (İstiqamət Sosial Demokratiyadır) Partiyası parlamentdəki mandatların mütləq çoxluğunu itirib. Ötən parlament seçkilərində qələbə qazanaraq hökuməti təkbaşına quran „Smer“ bu seçkilərdə ən çox səs toplayan siyasi qüvvə olmasına baxmayaraq, partiya seçicilərin 30 faizindən azının rəğbətini qazanıb və hökuməti qura bilmək üçün özünə koalisiya tərəfdaşı axtarmalıdır.
23 siyasi qüvvənin iştirak etdiyi parlament seçkiləri seçicilərin yüksək fəallığı ilə yadda qalıb. İlkin proqnozlara görə, doqquz partiya yeni parlamentdə təmsil olunacaq.
Slovakiyada parlament seçkilərinin əsas mövzusu Avropada qaçqın problemi, səhiyyə və təhsil sisteminin maliyyələşdirilməsindəki çatışmazlıqlar və idarəçilik sistemindəki korrpusiya dayanırdı. Həm hakim „Smer“, həm də müxalif partiyalar seçki kampaniyasında qaçqınlara qarşı mənfi mövqe nümayiş etdirdiklərinə görə, yeni hökumətin qaçqınlara qarşı hansısa həmrəylik göstərəcəyi ehtimal olunmur.