6 Mart 2016 15:37
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda Mosul şəhərinin azad edilməsi üzrə əməliyyata başlanılıb.

Bu bəyanatla "Alsumaria" telekanalının efirində ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerk çıxış edib.

Bağdadda olan diplomat bildirib ki, hər şeydən əvvəl Mosul ilə terrorçuların Suriyada paytaxt elan etdikləri Raqqa arasındakı təchizat yolları bağlanıb.

Makqerkin sözlərinə görə, kampaniya çətin olacaq, lakin əməliyyat planı yaxşı hazırlanıb.
İraqın baş naziri Heydər əl-Abadi əməliyyatlarda bütün növ qoşun birləşmələrinin iştirak edəcəyini bildirib. Ordu xalq könüllüləri və ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın havadan dəstəyini alacaq./Report/


Müəllif:

Oxşar xəbərlər