12 İyun 2014 18:35
1 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhani İraqın Mosul və Tiqrit şəhərlərini işğal edən İraq-Şam islam dövlətini (İŞİD) hədələyib. Onları “vəhşicə hərəkət edən terror təşkilatı” adlandırıb.

Teleqraf.com bildirir ki, İran prezidenti deyib: “Onların bu hərəkətinə göz yummayacağıq”. Ruhani İŞİD-in vəhşiliyinə və terroruna qarşı regionda və bütün dünyada vuruşacaqlarını deyib. Ruhani bununla bağlı İranın ali dövlət təhlükəsizlik şurasının iclasını çağırıb.

Qərb mətbuatı Mosul və Tiqrit şəhərlərini işğalından sonra İranın bölgəyə 150 nəfərdən ibarət inqilab mühafizləri dəstəsini göndərdiyini yazır./anspress/


Müəllif: