Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri Yəmən konfliktinin həllli üçün əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ildən bu yana davam edir. Konfliktin əsas tərəfləri husilərlə hazırkı Yəmən hakimiyyətidir. Konfliktdə Yəmən hakimiyyətini Səudiyyə Ərəbistanının rəhbərliyi altında yaradılan koalisiya dəstəkləyir. Rəsmi Səna şiə olan husilərə əsas dəstəyin İrandan verildiyini bildirir.