"Avropa Birliyinin son 15 ildə Ukraynaya qarşı münasibəti dəyişməyib və hələ də onu öz heyətində görmək istəmir. Ancaq Ukraynanın xarici siyasəti ilə məşğul olan şəxslər vətəndaşları bunun əksinə inandırmağa çalışır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın keçiş baş naziri Nikolay Azarov deyib. Onun sözlərinə görə, ukraynalı siyasətçilərin Avropa Birliyinə daxil olmaqla bağlı ikitərəfli görüşlər və sammitlərdə göstərdiyi səylər nəticəsiz qalıb:
"Onlar hər dəfə "yox" cavabı alıblar. Ancaq Kiyev hökuməti vətəndaşlarına bunu deməkdən çəkinib. Bir müddət öncə Avropa Birliyinin nümayəndəsi Jan-Klod Yunkerin "Ukrayna yaxın 25 ildə Birliyə üzv ola bilməycək" fikri mənim dediklərimin sübutudur. Ukrayna hakimiyyəti xalqa boş vədlər verməklə məşğuldur.
Nə üçün Poroşenko, Yatsenyuk və o cümlədən Ukraynanın AB-dəki səfiri Tombinski Avropa Komisiyasının fikirlərini açıq-aşkar xalqa çatdırmır. Onlar etiraf etməlidir ki, meydanda və telekanallarda çıxışları vaxtı yalan danışıblar. Və etiraf etməlidilər ki, Azarov "Ukrayna xalqının arzularını" oğurlamayıb".
Samir