İran Neft Nazirliyinin 2.8 milyard dollar pulunu oğurlamaqda ittiham olunan iş adamı Babək Zəncaniyə edam cəzası verilib.
Teleqraf.com xəbər verir ki, 5 aydır davam edən məhkəmədən sonra məhkəmə Zəncani və iki şərikinə edam cəzası verib. Bu qərardan sonra Zəncanı göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Rza Zərrabın şəriki kimi tanınan Babək Zəncani rüşvətxorluqda və dövlət vəsaitini talamaqda günahkar bilinir.
Teleqraf.com fotonu təqdim edir:
Rüstəm