7 Mart 2016 14:35
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriyalı müxaliflər BMT-nin təşkilatçılığı ilə Cenevrədə baş tutacaq Suriya danışıqlarında iştirak etməyə razılıq verib".

Teleqraf.com xəbər verir ki, bununla bağlı suriyalı müxaliflərin xüsusi nümayəndəsi Riyad Həsən Aqi "Reuters" agentliyinə açıqlama verib.

Onun sözlərinə görə, müxaliflər danışıqlar zamanı Suriyada siyasi keçid məsələsini müzakirə etmək niyyətindədir: "Son iki gündə Suriya hökuməti və onların müttəfiqləri tərəfindən atəşkəsin pozulması halları azalıb. Biz güman edirik ki, cümə gününə qədər atəşkəsin pozulması halları sıfıra enəcək. Belə pozuntuların dayandırılması danışıqların başlanması üçün əlverişli mühit yaradacaq".

Qeyd edək ki, Cenevrə danışıqları martın 9-da başlanacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər