MKİ və MİT Suriya ilə sərhəddə nəzarəti gücləndirib
"Türkiyə və ABŞ Suriya ilə sərhəddə gizli koordinasiya qrupu yaradıb".
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Washington Post" qəzeti məlumat yayıb:
"Qrupun tərkibini ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə Türkiyənin Milli İstihbarat Təşkilatının əməkdaşları təşkil edir. Qrup əcnəbi döyüşçülərin Türkiyə ərazisindən keçərək Suriyaya daxil olmasına qarşı tədbirlər həyata keçirir. Bunun üçün Mərkəzi Kəşfiyyat İdarəsi pilotsuz aparatlardan istifadə edir".
Qeyd edək ki, bir müddət əvvəl NATO-nun Avropadakı qüvvələrinin komandiri Filip Bridlav Suriyadakı vəziyyətə baxmayaraq, Türkiyə və ABŞ arasında hərbi əlaqələrin möhkəmləndiyini bildirib.
Ankara və Vaşinqton arasındakı münasibətlər ABŞ-ın Suriyada kürdlərə dəstək verməsi səbəbindən gərginləşmişdi.
Samir