Rəsmi Kiyev və Tehran İran neftinin Ukraynadan Avropaya tranzit məsələsini müzakirə edir.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş nazirinin müavini Gennadiy Zubko bildirib.
Müzakirə olunan mövzular sırasında həmçinin İran neftinin Ukrayna müəssisələrində emalı da var.
G.Zubko deyib ki, rəsmi Kiyev Ukraynaya neft məhsullarının tədarükünün diversifikasiyasında maraqlıdır: "Digər tərəfdən, İran da neft və neft məhsullarının ixracının diversifikasiyasında maraqlıdır. Qarşımızda İran neftinin Ukrayna ərazisində emalı, xam neftin Ukraynada yığılması və daha sonra Avropa İttifaqına tədarükün diversifikasiyası kimi məsələlər durur. Bu maraqlı istiqamətdir və bunun mümkünluyünü öyrənirik".
G.Zubko bildirib ki, hazırda bu mövzular ətrafında İran rəhbərliyi ilə müzakirələr aparılır.