Pakistanın Çarsadda şəhərində məhkəmə binasına intihar hücumu edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 17 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.
Məlumatlara görə, hücum uzaqdan idarəedilən bomba yüklü avtomobilin məhkəmə binasına yaxınlaşması nəticəsində baş verib. Ölənlərdən 2-i polis əməkdaşı olub.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Elvin