8 Mart 2016 09:52
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya NATO-nu parçalamaq istəyir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib:

"Uzun müddətdir Rusiyanın qonşuları qorxutmaq və alyansı bölmək üçün siyasət apardığını müşahidə edirik. Ancaq bu cəhdlər uğursuza düçar olub, çünki biz Rusiyaya birgə cavab veririk".

O əlavə edib ki, alyans Rusiyanın Suriyada və Aralıq dənizində güclənməsindən narahatdır: "NATO da cavab tədbiri olaraq, Türkiyə və Aralıq dənizinin şərqində hərbi varlığını artırmaq məcburiyyətindədir".

Qeyd edək ki, fevralda NATO Rusiya sərhədləri yanında alyansın hərbi kontingentinin genişlənməsi ilə bağlı qərar qəbul edib.

Samir


Müəllif:

Oxşar xəbərlər