12 İyun 2014 23:31
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

"DÇ-2014"ə ev sahibliyi edəcək Braziliyanın San-Paulu şəhərində polislə etirazçılar arasında toqquşma olub.

Dünya çempionatına çox pul xərclənməsindən narazı olan braziliyalılar açılış matçının oynanılacağı sözügedən şəhərdə yolları bağlayıblar. Polis isə etirazçıları su şırnağı və bibər qazı ilə dağıtmağa çalışıblar.

Etirazlar zamanı "CNN"in San-Pauludakı müxbiri Barbaras Arvanitidis yaralanaraq xəstəxanaya aparılıb. Durumu ciddi olan Arvanitidisin qolunun qırıldığı bildirilib.

Qeyd edək ki, etirazçılar futbola ayrılan pulların təhsil, sosial problemlər üçün xərclənməsini tələb edir./qol.az/


















Müəllif: