Hindistanın Kəlküttə şəhərində bir qadının zorlanmaqdan yaxa qurtarmaq üçün iki mərtəbəli binanın balkonundan tullanmasından sonra üç kişi həbs edilib, polis bildirir.
Teleqraf.co BBC-yə istinadən xəbər verir ki, qadın evdə keçirilən qonaqlıqda iştirak edib.
İddia olunduğuna görə, üç kişi onu qonaqlıq zamanı zorlamağa çalışıb.
O, tullandıqdan sonra qonşular tərəfindən xilas edilib və hazırda xəstəxanada başından aldığı xəsarətə görə müalicə alır.
Polisin verdiyi məlumata görə, həbs edilən şəxslərdən biri qadının sevgilisi olub.
Qadın hələ ki, şikayət ərizəsilə müraciət etməyib, polisdən bildirilib.
Hindistan mətbuatının yaydığı xəbərə görə, həbs olunan şəxslər təcavüzdə ittiham olunurlar və bazar ertəsi mühakimə ediləcəklər.
Hindistanda cinsi təcavüz mövzusu aktual hesab olunur. 2012-ci ilin dekabrında 23 yaşlı tələbə qız avtobusda bir neçə şəxsin cinsi təcavüzünə məruz qaldıqdan sonra qətlə yetirilib.
Hadisə dünyada qəzəbə səbəb olmuş və Hindistanın cinsi zorakılıqla bağlı qanunlarının sərtləşməsinə gətirib çıxarmışdı.
Lakin müxbirlərin bildirdiyinə görə, qanunların sərtləşməsinə baxmayaraq zorlama hallarının sayı azalmayıb.
Rüstəm