İsrailin baş naziri Binyamin Netanyahunun martın ortalarında ABŞ-a səfərdən imtina etməsi iki ölkənin münasibətlərinə təsir göstərmir.
Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.
"Netanyahunun bu addımı bizim İsraillə milli təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməyimizə heç bir təsir göstərmir. Bu, İsrail üçün olduqca vacib, bizim üçünsə faydalıdır", - Coş Ernest brifinqdə deyib.
Nihad