Amerikalı hərbçi İŞİD terror təşkilatının liderlərindən olan Əbu Ömər əl-Şişaniin Suriyada təşkil edilən bir hava hücumunda öldürüldüyünü iddia edir.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, ABŞ Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən səlahiyyətlisi Şişaninin koalisiya təyyarələri tərəfindən keçən həftə Şəddad yaxınlarında hədəf alındığını bildirib.
Şişaninin ölümünü təsdiqləməyə çalışdıqlarını ifadə edən Pentaqon rəsmisi hücumda İŞİD-in 12 mənsubunun da öldürüldüyünü deyib.
ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pter Kuk bildirib ki, gürcü əsilli terrorçu martın 4-də Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edilib.
Gürcüstan vətəndaşı olduğu qeyd Şişani "Çeçen Ömər" olaraq da tanınır. Onun əsl adının isə Tarkan Tayumurazoviç Batiraşvili olduğu bildirilir. ABŞ 2014-ci ildə Şişanini "təhlükəli terrorçular" siyahısına salıb. Eyni zamanda onun haqqında kəşfiyyat məlumatı verəcək şəxslərə 5 milyon dollar mükafat vəd edilmişdi.
Nihad