9 Mart 2016 13:50
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Şeremetevo aerportunda Ukrayna Ali Radasının bir neçə deputatı saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onlar ukraynalı təyyarəçi Nadejda Savçenkonun məhkəmə prosesində iştirak etmək üçün Moskvaya gəliblər.

Məsələ ilə bağlı Savçenkonun vəkili Nikolay Polozov məlumat verib. Onun sözlərinə görə, deputatlar onların reysi uçandan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Rusiya məhkəməsi Savçenko ilə bağlı martın 21-22-də qərar çıxaracaq.

Samir


Müəllif:

Oxşar xəbərlər