10 Mart 2016 00:12
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının kimyəvi silah istehsal edən qrupun lideri İraqda tutulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraqın kəşfiyyat səlahiyyətliləri bildirib.

O, ABŞ xüsusi təyinatlıları tərəfindən Tel-Aferdə ötən ay keçirilən əməliyyatın gedişatında tutulub. Amerikalı səlahiyyətlilər İŞİD-in “kimyəvi beyni”nin şəxsiyyəti haqqında şərh verməkdən imtina ediblər. Məlumata görə, İŞİD-çi üç həftəyə yaxındır dindirilir.
Bəzi iraqlı səlahiyyətlilər isə tutulan şəxsin Səddam Hüseyn dövründə kimyəvi və bioloji silah mütəxəssisi olaraq çalışan Süleyman Davud əl-Afari olduğunu bildiriblər.


Müəllif:

Oxşar xəbərlər