10 Mart 2016 14:25
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna və Türkiyə regionda sabitliyi bərpa etmək və Krımda insan hüquqlarının pozulmasının qarşısını almaq üçün səylərini birləşdirəcək".


Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bunu Ankarada səfərdə olan Ukrayna prezidenti Petro Poroşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfrasında deyib:

"Biz regionda sabitliyin və beynəlxalq qanunların, Krım, Suriya, Donbasda və digər bölgələrdə insan hüquqlarının bərpası üçün səylərimizi birləşdirəcəyik".

Onun sözlərinə görə, Türkiyə və Ukrayna aerokosmik və müdafiə sənayesi sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədir.

Çıxışı zamanı Poroşenko Xəzər regionundan qazın Avropaya çatdırılması üçün iki ölkə arasında danışıqların getdiyini bildirib: "Ukrayna və Türkiyə Xəzər regionundan qazın Avropaya çatdırılması layihəsinin hazırlanmasında iştirak etməyə tam hazırdır. Bununla bağlı türkiyəli həmkarımla ilkin razılığa gəlmişik".

Samir


Müəllif:

Oxşar xəbərlər