10 Mart 2016 15:34
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

“IV Qlobal Bakı Forumu indiki və sabiq prezidentlər, baş nazirlər, ekspertlər üçün görüşmək və ortaq problemlər yaradan mövcud çağırışlara qarşı həll yolu tapmaq baxımından əla fürsətdir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri IV Qlobal Bakı Forumunda iştirak edən Makedoniyanın sabiq prezidenti Gyorge İvanov jurnalistlərə açıqlamasında bildirib.

Sabiq prezident deyib ki, Azərbaycan-Makedoniya arasında 20 ildən artıq diplomatik münasibətlər mövcuddur:

“Bakıda iqtisadi maraqlarımızı təmsil edən nümayəndəliyimiz var. Lakin iqtisadi əlaqələrimiz görmək istədiyimiz səviyyədə olmadığı üçün ümid edirik ki, daha geniş iqtisadi əməkdaşlıq yaradılacaq. Biz Balkanlardan olan insanlar kimi Qafqazda özümüzü çox rahat hiss edirik. Çünki bizi birləşdirən ortaq təcrübələrimiz mövcuddur”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər